Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Regional Mədəniyyət və Turizm idarəsi yarandı

28 yanvar 2017 | 16:00

29 mart 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 15 Regional Mədəniyyət və Turizm idarəsinin yaradılması ilə bağlı Sərəncam imzalanmışdır.
Bu Sərəncamdan irəli gələn məsələlərlə bağlı Azərbaycan respublikası Mədəniyyət və Turizm nazirinin əmri ilə 01 noyabr 2016-cı il tarixdə Masallı rayon Regional Mədəniyyət və turizm şöbəsi, ləğvetmə  komissiyası yaradılmışdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmri ilə 05 yanvar 2017-ci il tarixdə Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır.
Nazirin növbəti əmri ilə Lətifə Əjdər qızı Mövsümova Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunmuşdur.
L. Mövsümova Azərbaycan Dövlət Pedaqoji İnstitutunda pedaqogika və psixologiya ixtisası üzrə təhsil almışdır. 1978-ci ildən Mədəniyyət şöbəsinin, 2006-cı il tarixdən Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 05 yanvar 2017-ci il tarixdən Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi işləyir.

Keçidlər