Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Azərbaycanın innovativ inkişafı” mövzusunda seminar keçirilib

28 yanvar 2017 | 16:00

28 yanvar 2017-ci il tarixdə Masallı şəhər Asan Həyat Kompleksinin Kino Klub zalında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Prezident yanında Dövlət İdarəçilik Akademiyası və Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan respublikasının İnnovativ idarəetmə modeli: ölkənin nəaliyyətləri, beynəlxalq təşkilatların hesabatlarında” mövzusunda seminar keçirilmişdir.
Tədbirdə rayonda çalışan Dövlət qulluqçuları və “ASAN xidmət”in işçi heyəti iştirak edib.
Seminarı  giriş sözü ilə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq belə bir tədbirin keçirilməsini rayon həyatında əlamətdar hadisə adlandırmış və seminarın işinə uğurlar arzulamışdır.
Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov "Azərbaycan Respublikasının innovativ inkişafı beynəlxalq təşkilatların sənədlərində" mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, ölkə iqtisadiyyatının sürətli inkişafı üçün aparılan uğurlu siyasətdən danışaraq bunu bir neçə təsnifata bölmüş və əsasən davamlı inkişafa təsir edən amilləri müqayisəli şəkildə seminar iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirovun "Azərbaycanın müasir inkişaf konsepsiyası: varislik və innovativlik", akademiyanın elmi-təşkilat şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Rəcəb Rəhimlinin "Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi" mövzularında məruzələri dinlənililmişdir. Alimlər Azərbaycanda, eləcə də Masallıda inkişafın həyata keçirilən tədbirlərdən danışaraq ölkə başçısının sərəncamları, Azərbaycanın tərəqqisi naminə bu sahədə atılan uğurlu addım kimi qiymətləndirmişdir.
Qeyd edək ki, 2013-cü ilin 31 yanvarından Dövlət İdarəçilik Akademiyası ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum çərçivəsində indiyədək “İnnovativ idarəetmə görüşü”, “İ-club”, müxtəlif layihə və tədbirlər həyata keçirilib. Bu seminar isə əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyır və bütün “ASAN xidmət” mərkəzlərində keçirilməsi nəzərdə tutulub.

Keçidlər