Sosial layihələrlə bağlı Çaxırlı məktəbində tədbir keçirilmişdir
21 fevral 2017-ci il tarixdə Masallı rayonu Çaxırlı kənd tam orta məktəbində Masallı rayon Çaxırlı kənd məscidi dini icmasının təşkilatçılıığı ilə “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Dini radikalizmlə mübarizədə ailə dəyərlərinin rolu” mövzusunda tədbir keçirilmişdir.
Möhtərəm Prezident İlham Əliyev cənablarının 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmişdir.
Çaxırlı kənd tam orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Vüqar Əliyev, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Çaxırlı kənd məscidi dini icmasının nümayəndələri, Çaxırlı kənd tam orta məktəbinin müəllimləri, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak etmişlər.
Tədbirdə ilk öncə “Xocalı soyqırımı” faciəsinin qurbanları anıldı. Tədbiri giriş sözü ilə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov açaraq dini radikalizmdə mübarizədə milli-mənəvi dəyərlərin və eləcə də ailə əxlaqının rolundan söhbət açdı.
DQİDK-nin təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev məruzə ilə çıxışında milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan ailə əxlaqının zərərli vərdişlərdən qorunmasında rolundan,həmçinin radikalizm və ekstermizm kimi bəlaların gənclərimizə verdiyi fəsadlardan danışdı.
Tədbirdə Çaxırlı kənd tam orta məktəbin direktoru Allahverən Məmmədov,DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, ağsaqqal Cavanşir Nəbiyev, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov və başqaları çıxış etdilər.
İştirakçılara DQİDk-nin nəşr etdirdiyi kitabçalar və digər çap məhsulları paylandı.