Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə YAP Masallı rayon təşkilatının təşkilatçılığı ilə mini futbol turnirinə start verilib

24 aprel 2013 | 15:00

 

23 aprel 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə YAP Masallı rayon təşkilatının təşkilatçılığı ilə ərazi ilk təşkilatları arasında mini-futbol turniri  keçirilir. Turnirdə iki qrup üzrə 10 komanda iştirak edir. Turnirin açılışında YAP Masallı rayon təşkilatının sədri cənab Seyfəddin Əliyev Ümummilli liderimiz Heydər Əliyev haqqında  məlumat verərək qeyd etmişdir ki, Ulu  öndər  Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində bütün sahələrdə olduğu kimi, o cümlədən idman sahəsinə də xüsusi olaraq diqqət yetirmişdir. Həmişə yarışlarda yüksək nailiyyətlər əldə edən idmançılarımız Heydər Əliyev tərəfindən yüksək mükafatlara layiq görülmüşlər. Bu gün Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənabları idmana böyük qayğı göstərir. Hal-hazırda Masallı İdman Olimpiya kompleksində YAP Masallı rayon ilk təşkilatları arasında mini-futbol turniri keçirilir. Bu müasir idman kompleksi İlham Əliyev cənabları tərəfindən ərsəyə gəlmişdir. YAP Masallı rayon təşkilatının sədri S.Əliyev turnir iştirakçılarına turnirin  obyektiv keçirilməsini arzulamışdır.

Qrup-A                                                                    Qrup-B

S/S

Komandalar

 

S/S

Komandalar

1

“SOCAR  MASALLI”

 

1

“YAP GƏNCLƏRİ”

2

“ EMBAWOOD”

 

2

“MASALLI SƏHİYYƏSİ”

3

“ELEKTİRİK ŞƏBƏKƏ”

 

3

“ƏSMM”

4

“VİLƏŞÇAY”

 

4

“DSMF”

5

“ƏRKİVAN”

 

5

“BANBAŞI”

 

Keçidlər