Masallıda Taekvando idman növü üzrə rayon birinciliyi
22 fevral 2017 | 16:00
21-22 fevral 2017-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Taekvando Mərkəzində 2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında Taekvando idman növü üzrə Masallı rayon birinciliyi keçirilmişdir.
11 çəki dərəcəsində 78 nəfər yeniyetmə idmançıların iştrakı ilə keçirilən yarışın məqsədi, Rayonda taekvando idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək, yeniyetmələrin fiziki gücünü inkişaf etdirmək və gənclərin idmana olan marağını daha da artırmaqdır. Olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda qalib gəlmiş idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfində diplom və medallarla mükafatlandırılmışdır.