Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi qurbanları “Bir ovuc kül” adlı pyesi ilə anılmışdır

23 fevral 2017 | 16:00

23 fevral 2017-ci il tarixində Masallı rayon İcra hakimiyyəti başçısının Xocalı soyqırımının 25 illiyi ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Masallı şəhər Mədəniyyət Mərkəzində faciə qurbanlarının xatirəsinə həsr olunmuş növbəti tədbir keçirilmişdir.
Anım tədbirində soyqırım qurbanları və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Masallı Dövlət Regional Kollecinin müəllimi Dilarə Hüseynovanın “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat vermişdir.
Daha sonra isə faciə qurbanları mərhum Xalq şairi Zəlimxan Yaqubun “Bir ovuc kül” adlı pyesi ilə anılmışdır. Tamaşa Masall rayon Xalq Teatrı aktyorları Cəmaləddin Əliyev, Aybəniz Həsənova, Cəlilabad Xalq Teatrı aktyoru Vidadi Muradov, Masallı Dövlət Regional Kollecinin tələbələri Ayşən Səfərova, Turə Alışova, Şahsənəm Quluzadə və başqalarının ifasında təqdim olunmuşdur.
Tamaşaya Masallı Dövlət Regional Kollecinin müəllimi Aynur Əsədova quruluş vermişdir.

Keçidlər