Ərkivan qəsəbəsində Xocalı sakinləri ilə görüş
24 fevral 2017-ci il tarixdə Ərkivan qəsəbə uşaq bağçasında faciənin 25-ci ildönümü ərəfəsində Xocalı şəhərindən köçkün düşən ailənin nümayəndələri ilə görüş keçirilmişdir.
Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Masall rayonunda da geniş şəkildə qeyd olunur . Masallı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ixtisas məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər həyata keçirilir, faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər təşkil olunub keçirilir. Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız olan ermənilərin və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə, məktəblilərə çatdırılır.
Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov məskunlaşmış Xocalı sakinləri ilə görüşə gəldiyini və onların sosial problemləri ilə yaxından tanış olduğunu bildirib. Rayon rəhbəri qeyd edib ki, Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu söyləyib. O, Prezident cənab İlham Əliyevin Xocalı faciəsinin anılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı son fərmanlarını diqqətə çatdırıb və bu qayğının ildən-ilə artırıldığını deyib.Masallı rayon rəhbəri, həmçinin son illərdə torpaqlarımızın geri qaytarılması istiqamətində dövlətimizin apardığı siyasət, 2016-cı ilin aprel döyüşləri, Cocuq Mərcanlı kəndinin bərpası, dövlətimizə qarşı təxribatlar aparan jurnalist Aleksandr Lapşinin Prezidentin səyi nəticəsində ekstradisiyası barədə ətraflı məlumat verib. R. Hüseynov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında Sərəncam imzalamışdır. Bu Sərəncamın icrası ilə bağlı Masallı rayonunda silsilə tədbirlər hazırlanıb həyata keçirilir.
Görüş də çıxış edən Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, RMX-nın baş həkimi Cəlil Nəzərov, Ərkivan qəsəbə ərazi nümayəndəsi İsrail Tağıyev, qəsəbə uşaq bağçasının müdiri Reyhan Əmənova, uşaq bağçasında məskunlaşmış Xocalı sakinləri – Quliyev Yusif Məhəmməd olu və onun həyat yoldaşı Kamilə Aydın qızı Quliyeva və başçqaları ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirmişlər. Artıq ölkə rəhbəri bu qayıdışı Cəbrayıl rayonunun Cocuq Mərcanlıdan başladıb. Xocalı məskunları Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynova dərin təşəşkkürünü bildirmişlər. Onlar qeyd etmişlər ki, rayonun rəhbəri bizi heç vədə unutmur. Həmişə diqqət mərkəzində və qayğısının əhatəsindəyik.