MASALLIDA XOCALI SOYQIRIMININ 25-Cİ İLDÖNÜMÜ ANILDI
Masallı rayon İcra hakimiyyəti başçısının Xocalı soyqırımı ilə bağlı təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Tədbirlərin yekunu olaraq 26 fevral 2017-ci il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda soyqırım qurbanlarının anım mərasimi olmuşdur.
İlk öncə Masallı Regional Mədəniyyət və Turizm idarəsinin Masallı Xalq Teatrının aktyorları Masallı Dövlət Regional Kollecinin tələbələri Şahsənəm Quluzadə, Əsmər İsmayıllı və Ayşən Səfərovanın birgə iştirakı ilə Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya təqdim etdilər.
Mərasimdə iştirak edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, veteranlar, ağsaqqallar, ziyalılar, gənclər, məktəblilər, Xocalıdan olan məcburi köçkünlər və rayon sakinləri 26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Abidə önünə təzə tər gül dəstələri düzərək soyqırım qurbanlarının xatirəsini ehtitarmla yad etmiş və həlak olanların ruhuna dualar oxumuşlar.