Masallıda “Narkomaniya ağ ölümdür-həyatdan üz çevirməkdir” mövzusunda toplantı
28 fevral 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı gənclərin narkomaniya və onun zərərli nəticələri haqqında maarifləndirilməsi məqsədi ilə “Narkomaniya ağ ölümdür-həyatdan üz çevirməkdir” mövzusunda toplantı keçirilmişdir
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gənclərimizə qarşıda duran məsələlər barədə məlumat verərək bildirdi ki, Bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır bu bəlaya qarşı aparılan mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artıtılmasının vacibliyini diqqətə çatdıraraq vurğuladı ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətlərini itirildiyini deyən C.Manafov Bir daha bəşəriyyət üçün faciəyə çevrilən narkomaniyaya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov geniş məruzə ilə çıxış edər bildirdi ki, 2016-cı il ərzində İdarəmiz narkomanlığın yayılmasının qarşısının alınması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar seminarlar, narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbirlər həyata keçirmiş və gənclərə mövzuya dair bukletlər paylanmışdır. Tərəfimizdən bundan sonar da qarşıda duran konkret vəzifələrin həyata keçirilməsi məqsədilə müvafiq tədbirlər planı təsdiq edilmiş narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması ilə əlaqədar tədbirlərin səmərəliliyinin artırılması üçün profilaktiki tədbirlər mütamadi olaraq təşkil ediləcəkdir
Daha sonar tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov , fəal gənclərdən Günay Mehrəliyeva , Azər İsayev və başqaları çıxış edərək bildirdilər ki, hazırkı mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Təəssüflə qeyd olunmalıdır ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib. Narahatlıq doğuran hal gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin başlıca vəzifələrindən biridir və dövlətimizin daimi nəzarətində olduğunu vurğuladılar.
Tədbirin sonunda iştirakçılara movzuya uyğun olaraq bukletlər paylanılmışdır.