Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Boks idman növü üzrə rayon birinciliyi

05 mart 2017 | 16:00

05-06 mart 2017-ci il tarixlərdə Masallı Regional Boks Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "05 mart-Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş yeniyetmə və gənclər arasında boks idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
  Yarışın əsas məqsədi Rayonda idmanın kütləviliyinin artırılması, boks idman növünə olan marağı daha da artırmaq idmançılarda hərbi vətənpərvərlik ruhunu yüksəltmək və vətənə məhəbbət hissinin gücləndirilməsi olmuşdur.
11 çəki dərəcəsində 73 nəfər yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdma İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışlar.

Keçidlər