Şriftin ölçüsü :

Saytın rəngi :

Amerika Birləşmiş Ştatlarının səfiri Cənab Robert Sekutanın Masallıya səfəri

09 mart 2017 | 16:00

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı Masallı rayonunun icra başçısı Rafil Hüseynovla görüşüb.

Diplomat Masallıda qadın sahibkarlarla görüşüb. O, ABŞ hökumətinin Azərbaycanın cənub bölgəsində qadınların hüquq və imkanlarının genişlənməsini, iqtisadi şaxələnməni dəstəklədiyini bildirib. Səfir və xanımı qadınlar arasında sahibkarlığı təbliğ edən Qadın Resursları Mərkəzində (QRM), habelə gənclərin bacarıqları üzrə təlim və məşğulluq sahəsində şəbəkənin yaradılması üzrə SYSLAB Təlim Mərkəzində olublar. Bu mərkəzlər USAID tərəfindən maliyyələşdirilir və Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən idarə olunur.

Səfirin xanımı qadınların problemlərini müzakirə etmək üçün “dəyirmi masa” keçirib.

Səfər çərçivəsində səfir və xanımı rayonda fəaliyyət göstərən qadın sahibkarların toxuculuq sexində və çörək sexində olub. Diplomat SYSLAB Mərkəzinin məzunlarının çalışdığı ASAN Həyat Mərkəzinə də baş çəkib.

Keçidlər