Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda IX-X XI sinif şagirdləri arasında “İntellekt ” bilik yarışması keçirilmişdir.

04 may 2013 | 15:00

01-03 May 2013-cü il tarixlərdə də Masallı rayon Gənclər Mərkəzində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş məktəblilər  arasında “İntlellekt” bilik yarışmasını keçirilmişdir. Yeniyetmə və gənclərin intellektual səviyyəsinin, dünyagörüşünü ,zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmi nüfuzunu artırmaq, eləcə də asudə  vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə keçirilən tədbiri Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açmış , ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasının müvafiq bəndləri üzrə qarşıda duran vəzifələrdən danışaraq iştirakçılara uğurlar arzulamışlar.

      Gərgin keçən  bilik yarışmasında 32 məktəbin 32 komandasından  160 nəfərin  iştirak etdiyi oyunda I yerə, Ərkivan 3 saylı Tam orta məktəbin “Ərkivan” komandası, II  yerə, Şəhər 2 saylı tam orta məktəbin “Şahin” komandası , III yerə Miyənkü kənd tam orta məktəbin  “Mübariz ” komandası   layiq görülmüşdür.

     Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri  Rayon Gənclər və İdman idarəsi tərəfindən kubok, diplom, medal və qiymətli hədiyyələrlə  təltif olunmuşlar.

Keçidlər