Şriftin ölçüsü :

Saytın rəngi :

KALİNOVKA KƏNDİ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBULU

15 mart 2017 | 16:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 15 mart 20167ci il tarixdə Kalinovka ərazisində keçirilmişdir.
Ərazinin mərkəzi  Kalinovka kəndidir. Ərazidə 1 sahə xəstəxanasl, 1 EATS, 1 poçt, 1 kitabxana fəaliyyət göstərir.
  Kalinovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir.
  Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov geniş nitqində  rayonda müasir kənd təsərrüfatının bütün sahələri ilə bağlı söhbət aparmışdır.  Kənd üçün əlverişli olan tərəvəzçilikdən danışmışdır. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
   Kənd sakini Qurbanəli Məmmədovun yolun təmiri, kənd  tam orta məktəbi ilə bağlı təklifləri dinlənildi, məsləhətlər verildi. Hacı Allahverdi Ağayevin kənd məscidinə qaz çəkilməsi xahişi,  eyni zamanda Ərkivandan gətirilən suyun Kalinovkadan keçən xəttə qoşulması təklifi dinlənildi, RİH başçısı bu barədə müvafiq idarələrin rəhbərlərinə göstəriş verdi.
İdrak İsgəndərovun, Elşad Əsgərovun, Samit Xankişiyevin müraciətlərinə münasibət bildirildi.
Məzahim Mirzəyev kənd təsərrüfatı məhsullarının satışına kömək göstərilməsi təklifi ilə əlaqədar bildirdi ki, ərazidə 22 əkinçi barədə məhsul satışı ilə məşğul olan təşkilatlara məlumat verilib, onlara eləcə də digər əkinçilərə də bu istiqamətdə dəsətək veriləcəkdir..
Veteran müəllim Əlisa Qədiyev kəndin multikultral ənənələrindən danışıb bu barədə konkret misal çəkdi.
Kamal Babayevin qazla əlaqədar təklifi, məktəbə qaz çəkilməsi xahişinə də mütəxəssislər tərəfindən aydınlıq gətirildi.
Ərazi sakinləri çıxış edərək son vaxtlar Masallı rayonunda və Kalinovka kəndi ərazisində görülmüş işləri təqdir etmiş, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmiş, kəndin daxili yollarının təmir olunmasını xahiş etmiş, işıq və qazın verilişində olan nöqsanların aradan qaldırılması yollarından danışmış, həmçinin şikayət və təkliflərini səsləndirmişlər.
  Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdırmışdır. Rayon rəhbəri verilən təkliflərin nəzərə alınacağını qeyd etmiş, aidiyyatı idarə və müəssisələrə tapşırıqlar vermişdir.

Keçidlər