Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

14 mart 2017 | 16:00

Martın 14-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Masallı RİH-nin İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nazim Muradov, DQİDK -nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov dini icma sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK -nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrildiyini bildirib. Kamil Bağırov qeyd edib ki, bu ilin “İslam Həmrəyliyi İli” elan olunması İslam dünyasında həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir göstərəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə bütün dinlərə bərabər münasibət göstərildiyini vurğulayaraq ölkəmizdəki multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi model kimi qəbul edildiyini diqqətə çatdırıb. Tarix boyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını bildirən Səyyad Salahlı hər bir müsəlmanın təəssübkeşlikdən qaçmalı olduğunu və müsəlman dünyasının vəhdətini qüvvətləndirmək üçün inamlı addımlar atmalı olduğunu diqqətə çatdırıb. Bu məqsədlə cənab Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini və ölkəmizin tarixi missiyanı həyata keçirdiyini bildirib.
Səyyad Salahlı respublikamızda dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri din xadimlərinin nəzərinə çatdırıb. Komitə sədrinin birinci müavini, eyni zamanda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələrini verib, onları İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Keçidlər