Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin 90 illik yubileyi Mahmudavar kındində qeyd olundu

08 may 2013 | 15:00

07 may 2013-cü il tarixdə Mahmudavar kəndində Ümummilli Lider heydər Əliyevin  90 illik yubileyi qeyd olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə Mahmudavar kənd mərkəzində Heydər Əliyev parkında ucaldılmış ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoymuşlar. Sonra tədbiri Masallı rayon İcra Hakimiyyəti Başçısının Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fariz Fərəcov açaraq gələn qonaqları salamlamışdır.

            Tədbirdə çıxış edən Rayon icra Hakimiyyətinin başçısı Rafil Hüseynov əvvəlcə kənd camaatını salamlamış və Ulu öndərin 90 illik yubileyi, bu bayram münasibətilə təbrik etmişdir.

Natiq çıxış edərək qeyd etmişdir ki, Ulu Öndərin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə ümummilli liderin adı ilə bağlıdır. Gündən günə ölkəmiz Ulu öndər Heydər Əliyevin siyasi varisi hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Belə ki ölkəmiz günü gündən gözəlləşir, inkişaf edir. Bütün bölgələrdə abadlıq quruculuq işləri sürətlə davam edir.

            Sonra Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov, “Detal” Şirkətlər qrupunun prezidenti Sərxan Babayev və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin bəşəriyyətin yetirdiyi dahi şəxsiyyət olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, məhz dahi rəhbərin yenidən hakimiyyətə gəlməsi sayəsində Azərbaycan xalqı tarixin ağır və sərt sınaqlarından uğurla çıxıb.

Tədbirin sonunda Mahmudavar uşaq bağçasının uşaqları şerlər söyləmiş, Mahmudavar Folklor kollektivinin ifasında konsert proqramı təşkil olunmuşdur.

Keçidlər