Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənclər arasında “Xəmsə” Milli İntellektul Oyunu üzrə Rayon seçim turu keçirilib

11 aprel 2017 | 16:00

11 aprel  2017-ci il tarixdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 17-29 yaşlı  gənclər  arasında   “Xəmsə” Milli İntellektul Oyunu üzrə Rayon seçim turu keçirilib
       Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov  çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və  qayğıdan həmçinin respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir. “Xəmsə” Milli İntellektul Oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
Gərgin və maraqlı mübarizə şəraitində keçirilən İntellektual Oyununda gənclərdən ibarət  8 komanda mübarizə aparmışdı.
Yarışın  yekununda “VİLƏŞ”    komandası I yerə, “SEALAND”  komandası  II yerə,  “LİDER”  komandası  III yerlərə layiq görülmüşlər.
         Rayon  seçim turunda   qalib gəlmiş  bütün  komandalar  Rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplomla təltif olunmuşlar.

Keçidlər