Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Cüdo idman növü üzrə rayon birinciliyi

09 aprel 2017 | 16:00

           09-10 aprel   2017-ci il tarixlərdə  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Masallı şəhər 2 saylı tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş cüdo idman növü  üzrə  kiçik yaşlı uşaqlar, yeniyetmə və gənclər arasında Rayon birinciliyi keçirilmişdir.
               Yarışın əsas məqsədi ümummilli lider Heydər Əliyevin  xatirəsini əziz tutmaq. Rayonda cüdo idman növünə olan marağı daha da artırmaq idmançılarda hərbi vətənpərvərlik ruhunu  yüksəltmək və vətənə məhəbbət hissinin gücləndirilməsi olmuşdur.
     10 çəki dərəcəsində 68 nəfər kiçik yaşlı uşaqlar , yeniyetmə və gənc  idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin vəmaraqlı  mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və  medallarla mükafatlandırılmışlar

Keçidlər