Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhərinin 2035-ci ilə qədər dövrünü əhatə edən baş planı hazırlanıb

07 aprel 2017 | 16:00

7 aprel 2017-ci il tarixdə Masallı İcra Hakimiyyətinin iclas zalında rayonun baş planının tərkib hissəsi olan Masallı şəhərinin 2035-ci ilə qədər dövrünü əhatə edən baş planının hazırlanması ilə bağlı işlər haqqında ictimai müzakirə keçirilib.

Planlı şəkildə işlərin aparılması üçün şəhərin baş planın hazırlanması istiqamətində işlər artıq başa çatdırılmaq üzrədir.
İlkin müzakirəsi keçirilən baş plan Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tədbir iştirakçılarını salamlayıb, şəhərin baş planı haqqında geniş və aydın nitqində rayon içtimaiyyətinin nümayəndələrinə məlumat verib.
Müzakirələrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Fəxri Aydəmir, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi-layihəçi təşkilat "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun layihəçisi Sevda Süleymanova, Əməkdar müəllim Mirqabil Hüseynov, rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev və başqaları möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının regionlara qayğısından danışıb Masallı şəhərinin 2035-ci ilə qədər dövrünü əhatə edən baş planın, son bir neçə ildə Masallıda şəhərsalma istiqamətində görülən çoxsaylı tədbirləri onun nəticəsi kimi dəyərləndirib sakinlər adından ölkə Prezidentinə və rayon rəhbərinə minnətdarlıq ifadə ediblər.
Müzakirələrdə şəhərin inkişaf perspektivləri nəzərə alınaraq, bir sıra təkliflər irəli sürülüb.
Layihə təqdir olunub.
Qeyd edək ki, sifarışçi təşkilat Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, layihəçi təşkilat "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun (layihə müəllifləri Sevda Süleymanova, Mirzə Orucov və Kərimə Xudaverdiyeva) kollektividir.

Keçidlər