Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Masallıda vətəndaşlarla görüşüb

14 aprel 2017 | 16:00

Aprelin 14-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Nazir R.Quluzadə əhaliyə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən, internet, televiziya və radio yayımı və poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərini dinləyib. Müraciətlər əsasən telekommunikasiya, internet, poçt xidmətləri, yol və körpülərin tikintisi və təmiri, yeni marşrut xəttinin açılması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Nazir R.Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Görüşdə nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlər barədə müraciətlər də qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Vətəndaşlarla görüşdən sonra nazir R.Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqlarının və poçt filiallarının, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə telekommunikasiya və nəqliyyat sahələri üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, xidmət keyfiyyəti, vətəndaşların şikayətləri, sahə üzrə həyata keçirilən islahatların vətəndaş məmnunluğuna yönəldiyi diqqətə çatdırılıb.
Nazir müvafiq sahə rəhbərlərinə xidmətin keyfiyyətinin yüksəldilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması, hər bir vətəndaş müraciətinə fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.

 

Keçidlər