Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz" mövzusunda elmi-praktik konfrans

18 aprel 2017 | 16:00

18 aprel 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində "İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş "Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında" Fəaliyyət Planına uyğun olaraq, Masallı şəhər Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Dövlət Regional Kollecinin birgə təkilatçılığı ilə elmi-praktik konfrans keçirilib.

Konfransın işində DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov və müəllim –tələbə heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Masallı Dövlət Regional Kollecin direktoru Vidadi Nəzərov qeyd etdi ki, Ölkə başçısının 2017-ci ili !İslam Həmrəyliyi İli" elan etməsi ali və orta ixtisas müəssisələrinin qarşısında da mühüm vəzifələr qoymuş, bu məqsədlə Tahsil Nazirliyi və DQİDK-nin birgə əmri ilə təsdiq edilmiş Fəaliyyət Planı gənc nəslin milli-mənəvi dəyərlərinin daha da yüksələsinə böyük təkan verəcəkdir.

Masallı Dövlət Regional Kollecinin müəllimi Nazim Əliyev "İslam Həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar" adlı məruzəsində elm və təhsilimizin dünənini və bu gününü təhlil edərək, islam həmrəyliyi ilinin gənclərimizin qarşısına qoyduğu perspektivlərdən danışıb.

"İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz" adlı məruzə ilə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov bildirdi ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi olub, gənc nəslin sağlam ruhda formalaşmasına xidmət edir. Daha sonra natiq ölkəmizdə radikalizm və ekstremizmlə bağlı görülən işlərdən, bu məqsədlə çəkilmiş "Fitnə" filminin nümayişinin gənclər arasında təsirindən söz açib.

Konfransın işində Masallı Dövlət Regional Kollecin direktor müavini Baba Həsənov, müəllim Leyla Sadıxbəyli, tələbə Elvin Azəroğlu və başqaları çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunması sahəsində aparılan tədbirlərdən söhbət açıblar .

Diskussiya şəraitində keçən elmi-praktik konfransda müəllim və tələbələrin təklifləri dinlənildi, suallar cavablandırılib.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Fitnə" sənədli filmi nümayiş etdirilib.

Keçidlər