17-19 aprel 2017-ci il tarixlərdə Masallı şəhər Tarix Diyarşünaslıq Muzeyində "Açıq qapı " günləri elan edilib
Beynəlxalq abidələr və Tarixi yerlər Günü ilə əlaqədar Masallı şəhər Tarix Diyarşünaslıq Muzeyində "Abidələrimiz tariximizdir" mövzusunda tədbir keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Əntiqə Tağıyeva açaraq bu günlə bağlı fikir və məlumatları tədbir iştirakçılarına çatdırdı.
Tədbirdə abidələrin qorunması, öyrənilməsi, təbliği və vacib olan məsələlərdən danışıldı.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə dövlət xidmətinin əməkdaşları iştirak edirdilər. Xidmətin məhsul işçisi Elşad Mənsimov çıxışında Hörmətli Prezidentimiz cənab İlham Əliyevin bu günlə bağlı verdiyi sərəncamlarından diqqət və qayğısından, yerli abidələrinin qorunub və təbliğatı işində əməkdaşların üzərinə düşdüyü vəzifədən danışdı və qeyd etdi ki, tarixi abidələrimizi qoruyub gələçək nəsillərə çatdırmaq, yaşatmaq hər birimizin müqəddəs borcudur.
Tədbirin sonunda Masallı tarixini yaşadan və təbliğ edən muzeyə ekskursiya təşkil edildi.