Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş qanvermə aksiyası keçirilmişdir

08 may 2013 | 15:00

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında çoxsaylı əvəzsiz xidmətlərindən biri də səhiyyəyə, insan sağlamlığına vacib sosial sahə kimi diqqət və qayğısı olmuşdur. Səhiyyə sahəsində aparılan köklü islahatlar, bu sahədə maddi-texniki imkanların möhkəmləndirilməsi, şəhər və rayonlarda çoxlu sayda müasir tipli, dünya standartlarına uyğun səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi prossesi bu gün də davam edir.

Ulu öndərin insan sağlamlığına verdiyi dəyər bu sahəyə yönələn böyük humanist və mərhəmət hissləri ehtiva etdirən qərar və sərəncamları xalqın yaddaşında əbədi qalıb.

Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Masallı Rayon Mərkəzi Xəstəxanasına toplaşanlar ulu öndərin humanistlik, mərhəmət missiyasını davam etdirmək məqsədində idilər. Onlar qanvermə aksiyasına könüllü qoşulmuşdular. Bilirdilər ki, qan verməklə neçə-neçə ağır xəstəni həyata qaytaracaq, talassemiyalı xəstələrə kömək göstərəcəklər.

Respublika Səhiyyə Nazirliyi B. Eyvazov adına Hematologiya  və Transfziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının işçiləri Masallı MX-nın iştirakı ilə aksiyanı həyata keçirirdilər.

Burada insanları - fəhləni də, ziyalını da bir amal birləşdirir: qan verməklə kiminsə həyatını xilas etmək! Bu, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə hədiyyə, onun əməllərinə sədaqətdir.

Gün ərzində 250-dən çox rayon sakini qanvermə aksiyasında iştirak etmişdir. Adamların bu xeyirxah məqsədə mütəşəkkil qoşulmuşlar. İştirakçıların bu tədbirdə ulu öndərə sonsuz məhəbbəti onların qəlbində humanistlik, ehtiyacı olana kömək etmək hissləri ilə qaynayıb qarışırdı.

Mərkəzi rayon Xəstəxanasının böyük foyesində şirniyyat stolu açılmışdır. Qan verən vətəndaşlar şokolad və digər şirniyyatla çay içir, dincəldikdən sonra zalı tərk edirdilər.

Keçidlər