Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Heydər Əliyev və Kitab: Müəliflik hüquqi və gənclər sahəsində töhfələr" mövzusunda dəyirmi masa

21 aprel 2017 | 16:00

21 aprel  2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində "Heydər Əliyev və Kitab: Müəliflik hüquqi və gənclər sahəsində töhfələr" mövzusunda dəyirmi masa  keçirilmişdir.

21 aprel  2017-ci il tarixdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və Kitab: Müəliflik hüquqi və gənclər sahəsində töhfələr" mövzusunda "dəyirmi masa"  keçirilib
    Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ulu öndər Heydər Əliyevin Azərbaycanda gənclər sahəsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verərək demişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi ilə bağlı bu nəcib tədbirdə ulu öndərin irsinə bir daha qovuşmaqdan hamımız qürur hissi keçiririk. Heydər Əliyev Azərbaycanın müəllif-hüquq sisteminin yaradıcısı və gənclər  sahəsinin inkişafında müstəsna xidmətləri olan şəxsiyyətdir. Ümummilli liderimizin böyüklüyünü, bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə acizik və yalnız illər, qərinələr ötəndən sonra zaman özü bu tarixi şəxsiyyətin vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini verəcəkdir. Dövlətçiliyimizin, müstəqilliyimizin mürəkkəb anlarında Heydər Əliyev Azərbaycanı bəlalardan xilas etdi, hüquqi, demokratik dövlət qurdu, elm, ədəbiyyat, incəsənət və hüququn kəsişməsində müəllif-hüquq institutunu yaratdı. Heydər Əliyevin əqli, zəkası və qüdrəti doğma Azərbaycana səadət, firavanlıq gətirmişdir. Bu dahi şəxsiyyətin bütün sahələr kimi - kitabxanaşünaslığa, elm və mədəniyyətə verdiyi töhfələr bu gün müasirlərimizin ümumi varidatıdır. Çünki uzaqgörənliyin parlaq ideya və fikirləri zaman getdikcə ictimaiyyətin varidatına çevrilir, ictimai rəyin özülünü təşkil edir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inamla gələcəyə gedir, Vətənimiz qüdrətlənir, beynəlxalq aləmdə nüfuzumuz artır.
    Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Münəvyər Əzimova çıxış edərək ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolundan danışmışlar.Bildirilmişdir ki, Azərbaycan xalqının həyatında və tarixində çox mühüm rol oynamış dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ölkəmizin hər yerində yüksək səviyyədə qeyd edilir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün əsl məktəb olduğunu vurğulayan natiqlər Ümummilli Liderin hələ xüsusi xidmət orqanlarında işləyərkən Vətənə sevgisi ilə seçilən şəxsiyyət olduğunu diqqətə çatdırmışlar
Sonra tədbirdə Boradigah qəsəbə 1 saylı tam orta məktəbinin kitabxana müdiri Aytən Heydərli, Kalinovka kənd tam orta məktəbinin kitabxana müdiri Gülnar Ağayeva, Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin kitabxana müdiri Mənşurə Möhsümova, Dəmirçi kənd ümumi orta məktəbinin kitabxana müdiri Yeganə Sadıxova çıxış edərək bildirdilərki Ulu  öndər Heydər Əliyevin  həmişə  kitabxanaçılara böyük önəm verərək deyirdi,  kitabxana “xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi”dir. Beləliklə, xalqımızın böyük oğlu, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza 34 illik rəhbərliyi dövründə mədəniyyətimizin çox mühüm sahəsi olan kitabxana işi dövlət qayğısı ilə əhatə edilmiş, bu sahə həmişə böyük öndərin diqqət mərkəzində olmuşdur. Məhz buna görədir ki, həmin illər respublikamızda kitabxana işinin tarixinə inkişaf və tərəqqi dövrü kimi daxil olduğunu diqqətə çatdırmışlar
Sonda bir qrup fəal  kitabxanaçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfində fəxri fərmanla mükafatlandırılmışdır.

Keçidlər