ƏRAZIİLƏRDƏ MAL-QARAYA DİQQƏT ARTIRILIR
24 aprel 2017 | 16:00
Qarğalıq, Şərəfə və Səmidxan kənd ərazilərində 5 min başdan çox iribuynuzlu, 9 min baş qoyun-quzu mövcuddur.
Qarğalıq kənd baytarlıq sahəsi xidmət etdiyi bu kəndlərdə mal-qaranın sağlamlığına həmişə qayğı göstərilib. Baytarlıq sahəsi yanvar ayından bəri iribuynuzlu mal-qarada dabaq və qara yara əleyhinə peyvəndləri başa çatdırmışdır. 6 mindən çox qoyun-quzuda da bu peyvəndlər aparılmışdır.
Hazırda ərazilərdə iribuynuzlu heyvanların modulyar dermativ infeksion xəstəliyə qarşı peyvəndi davam etdirilir.
Sahə baytar həkimi Çingiz Muradov və feldşer Məhərrəm İbayev mal-qaranın sağlamlığı üçün peyvəndləri vaxtında başa çatdırmağa çalışırlar.