Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda görkəmli oftolmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd olundu.

28 aprel 2017 | 16:00

  28 aprel 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Əməkdar elm xadimi, professor Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbir işrtirakçıları Mərkəzin foyesində XX əsr Azərbaycan tarixinin görkəmli siması Zərifə xanım Əliyevanın həyat və faliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.
Sonra Zərifə Əliyevanın ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova görkəmli oftalmoloq, gözəl insan, vəfalı ömür-gün yoldaşı, fitri istedada malik novator alim Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu deyib.
Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva “Nur dolu ömür” adlı məruzə ilə çıxış edərək bildirib ki, Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının keçdiyi qeyri-adi həyat yolu Zərifə xanım üçün tarixin bir hissəsi olmuşdur. Zərifə Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. Z . Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq bir səhifəsini təşkil edir. Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
Qeyd olunub ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə həsr olunmuş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi araşdırmalar aparmışdır. Alimin bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun bir sıra monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Məruzə ətrafında çıxışlarda RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, MRX-nın oftolmoloq-həkimi Gülnarə Məmmədova, şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Naibə Aslanova, Əməkdar müəllim Mirqabil Hüseynov və başqaları ideal qadın və əsl Azərbaycan xanımı obrazı olan Zərifə Əliyeva simasının, keçdiyi həyat yolunun gənc xanımların həyatının formalaşması baxımından parlaq nümunə olduğunu bildiriblər .

Keçidlər