Şriftin ölçüsü :

Saytın rəngi :

ERKƏN NİKAHLARLA BAĞLI MAARİFLƏNDİRCI TƏDBİR

29 aprel 2017 | 16:00


29 aprel 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində “Erkən nikahlarlara YOX: ictimai qınaq və maarifləndirməyə ailədən və təhsildən başlayaq” layihəsinə uyğun maarifləndirici seminar sessiyası keçirilib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (GİN) maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Erkən nikahlarlara YOX: ictimai qınaq və maarifləndirməyə ailədən və təhsildən başlayaq” layihəsinə uyğun maarifləndirici seminar sessiyası keçirilib.
Tədbirdə təhsil, mədəniyyət, gənclər və idman, fəal ictimaiyyət nümayəndələrinin, KİV, QHT və digərlərinin iştirakı ilə məlumatlandırıcı, təbliğati xarakterli ictimai müzakirələr olub.
40-a yaxın iştirakçının qatıldığı seminar sessiyanın açılışında Masallı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev, ADTGT sədri Asif Əsgərli, sədr müavini-layihənin eksperti Gülnarə Bağırova və digər aidiyyətli şəxslər çıxış edib layihə və qaldırılan aktual mövzu haqqında öz fikirlərini bildiriblər.
İnteraktiv metodlarla gəncləri məlumatlandıran təlimçi və ekspert erkən nikahları doğuran səbəblər, onlara aparan yollar, onun fəsadları, hüquqi-sosial, tibbi və psixoloji təsirləri, dini nikahlar, təhsildən yayınma və digər aktual məsələlər ətrafında iştirakçılara geniş bilgilər verdilər və maraqlı sualları cavablandırıblar. Seminarda eyni zamanda erkən nikahlara aid statistik məlumatlar, sosioloji sorğunun və monitorinqin nəticələri, sosial çarx və reklam roliki də nümayiş etdirilib. Seminar sessiyasının sonunda iştirakçılar ADTGT tərəfindən çap olunan nəşr materialları və sertifikatlarla təltif olunublar.
Xatırladaq ki, 4 ay davam edəcək layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına “YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, maarifləndirmə kampaniyasına və sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.

Keçidlər