Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda konfrans

02 may 2017 | 16:00

02 may  2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda konfrans keçirilib.
           
  Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ulu öndərin Azərbaycanın gələcək hərtərəfli inkişafının təməli istiqamətində acdığı geniş imkanlardan və bununla bağlı sonsuz xidmətlərindən danışaraq bildirmişdir ki,  Ulu öndərin yeritdiyi siyasətin Azərbaycanda yeni sosial-iqtisadi inkişaf modelinin həyata keçirilməsi üçün zəruri əsaslar formalaşdırmışdır. Məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bütün sahələrdə, o cümlədən gənclər və İdman  sahəsinin gələcək inkişafında dönüş, eyni zamanda müasir gəncliyin yetişdirliməsində böyük xidmətləri olmuşdur. Ulu öndərin hakimiyyəti dövründən başlayaraq, Azərbaycanın gənclər və idman  sahəsində böyük nailiyyətlər əldə etdiyini, o cümlədən ölkədə sağlam gəncliyin formalaşmasına  başlanıldığını bildirdi. Hazırda Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır onları daima diqqət mərkəzində saxlayır.
    Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Oktay Mütəllimov, Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə, Sakit Ağayev adına Digah 4 saylı tam orta məktəbin tarix müəllimi  çıxış edərək ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolundan danışaraq bildirmişlər ki, Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətdə islahatları hərəkətə gətirən zümrə hesab olunur, Gənclər cəmiyyətin dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə - Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük xidmətləri olduğunu diqqətə çatdırmışlar.

 

Keçidlər