Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş məktəblilər arasında dama üzrə rayon birinciliyi keçirilmişdir.

08 may 2013 | 15:00

01-07 may 2013-cü il tarixlərdə Masallı rayon Gənclər Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş  məktəblilər arasında dama üzrə rayon birinciliyi keçirilmişdir. Gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilən tədbiri Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq “Azərbaycan Gənclyi 2011-2015-ci illər Dövlət Proqramı”nın müvafiq bəndlərinin rayonumuzda icra olunmasından, Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışaraq yarış iştirakçılarına uğurlar diləmişdir.

51 məktəbin iştirak etdiyi gərgin və maraqlı keçən  yarışda 12 məktəb final mərhələsinə vəsiqə qazanmışdır.

Final mərhələsində VII  -  VIII sinif qızları arasında   I yerə Sərcəfərli kənd tam orta məktəbindən Əliyeva Gülxar , IX sinif qızlar arasında Rudəkənar kənd tam orta məktəbindən Şükürova Mədinə I yerə, X- XI sinif qızları arasında Ərkivan 3 saylı kənd tam orta məktəbindən   Bəyoğlanlı Ləman I yerə , VII –VIII sinif oğlanlar arasında Qızılavar kənd tam orta məktəbindən Mirzəyev Sevəndi I yerə, IX sinif oğlanlar arasında Qəriblər kənd tam orta məktəbdən Rəşidli Rahim I yerə, X- XI sinif oğlanları arasında Ərkivan 3 saylı tam orta məktəbindən Kazımov Fazil I yerə layiq görülmüşdür.

Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri  Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən  diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər