Rəhim Tağıyev – 100
04 may 2017-ci il tarixdə Masallı şəhər Tarix Diyarşünaslıq Muzeyində əməkdar müəllim, Böyük Vətən Müharibəsi iştirakçısı, tanınmış mədəniyyət işçisi, bir sıra medalların sahibi Rəhim Kərim oğlu Tağıyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Masallı rayon icra hakimiyyəti başçısının sərəncamı, Masallı Ziyalılar Birliyinin təşkilatçılığı ilə tədbiri girş sözü ilə açan Masallı Ziyalılar Birliyinin sədri Qardaş Fətullayev demişdir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra mənəvi dəyərlərimizə böyük qayıdış olmuşdur. Ulu öndər Heydər Əliyev xalqın tarixi yaddaşına bağlı olan muzey və abidələrimizə böyük önəm vermişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Masallı Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi üçün vəsait ayırmış, rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov muzeyin tikilməsinin təşəbbüsçüsü olmuşdur.
Çıxış edənlər YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, tədqiqatçı- tarixçi Musarza Mirzəyev, veteran Əli Əlişov, rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, Rəhim müəllimin övladları Süsən və Əntiqə Tağıyevalar çıxış edib Rəhim müəllim haqqında xatirələr söyləmiş, Masallı mədəniyyətinə xidmətlərini sadalamış, göstərmişlər ki, Masallı Dövlət Muzeyi Heydər Əliyev və İlham Əliyev siyasətinin dəst- xəttidir.