Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA “QƏLƏBƏ GÜNÜ” QEYD EDİLDİ

10 may 2013 | 15:00

Həmçinin veteranlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dahi rəhbərə sonsuz ehtiramlarını bildirmişlər.

       Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov veteranları bayram münasibətilə təbrik etmiş, II dünya müharibəsində bəşəriyyətin üzləşdiyi dəhşətli hadisələrin aradan qaldırılmasında 600 mindən çox soydaşımızın iştirakını xüsusi vurğulamışdır.

       RİH başçısı ümummilli lider Heydər Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs edərək, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

       Sonra tədbir bayram süfrəsi arxasında davam etdirilmişdir. Çıxış edən veteranlar öz xatirələrindən söz açmış, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

       Tədbirin sonunda veteranlara maddi yardım göstərilmişdir.

Sonda rayonumuzdan olan milli qəhrəmanların abidələri ziyarət olunaraq abidələri önünə gül dəstələri qoyulmuş, onların ailələrinə baş çəkilmiş və qayğıları ilə maraqlanılmışdır

Keçidlər