Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Erkən nikah, gənc ailə, məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir

15 may 2017 | 16:00

15 may 2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində ailə günü münasibətilə “Erkən nikah, gənc ailə, məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

  Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ilk öncə tədbir iştirakçılarını salamlamış və İdarə tərəfindən mütəmadi olaraq gənclər arasında erkən nikah halları ilə mübarizə istiqamətində keçirilən bu cür maarifləndirici tədbirlərinin əhəmiyyətindən söz açaraq bildirdi ki,bu gün Azərbaycanda zərif cinsin yaşadığı problemlərdən biri də qızların erkən ərə verilməsidir. Bu zaman erkən qurulan gənc ailələrdə problemlər yaşanır ailə zorakılığına qədər gəlib çıxan münaqışə sonda boşanma ilə başa çatır.Bu kimi halların baş verməməsi üçün cəmiyyətdə erkən nikahlarla bağlı maarifləndirmə və təbliğat –təşviqat işlərinə ciddi ehtiyac duyulduğunu bildirdi.
     Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti A. Abbaszadə, Rayonun fəal gənclərindən, Azər İsayev, Aynurə Cəlilova və başqaları çıxış edərək əvvəlcə tədbir iştirakçılarına belə maarifləndirmə tədbirlərində fəal iştirak etdikləri üçün təşəkkür etmişdirlər, sonra bildirdilər ki, Erkən nikahlara girmiş qızlar çox vaxt orta məktəbi tam bitirib başa çatdırmırlar. Bu isə onların şəxsi inkişafına mənfi təsir göstərir və qadınların gələcəkdə sosial təcridinə səbəb olur.
     Sonda tədbir iştirakçılarına müzakirə olunan mövzuya dair bukletlər paylanıb.

Keçidlər