Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA 28 MAY-RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ KONFRANS

27 may 2017 | 16:00

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları əməkdaşları, idarə, müəssisə rəhbərləri, ağsaqqallar və rayonun tanınmış ziyalıları iştirak etmişdir.
Konfransı giriş sözü ilə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik Respublikanın Azərbaycanda yaradılmasını ölkəmizin dövlətçiliyi tarixində mühüm mərhələ olduğunu vurğulanmışdır. Rayon rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində gördüyü işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da xalqımızın azadlıq uğrunda mübarizəsi davam etmiş, 70 ildən sonra ölkəmiz öz dövlət müstəqilliyinə yenidən qovuşmuşdur. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə müstəqilliyimiz əbədi, sarsılmaz və dönməz xarakter almışdır.
Konfransda Masallı Dövlət Regional Kollecin direktoru Vidadi Nəzərov məruzə ilə çıxış etmişdir. Həmçinin tədbirdə iştirak edən Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, "Yeni həyat" qəzetinin baş redaktoru Əlihüseyn Şükürov, rayon xəstəxanasının həkimi Cahan Mustafayeva, Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin müəllimi Sübhan Şiriyev və başqaları çıxış edərək xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı şərəfli mübarizə yolundan, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə qazanılmış dövlətçilik təcrübəsindən söhbət açılmışlar və ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun artması Ulu Öndərimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi qiymətləndirmişlər.

Keçidlər