İdeoloji işin və uğurlu siyasətin təbliği
Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev in ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar tədbirlər davam edir. 04 avqust 2017-ci il tarixdə mühazirəçilər qrupunun növbəti görüşü Ərkivan qəsəbəsində keçirilmişdir. Qəsəbə Ağsaqqallar klubunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açıq elan etmiş, mövzu barədə açıqlama vermişdir.
Rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, Dini Qurumlarla üzrə Dövlət Komitəsi rayon şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, Boradigah qəsəbə sahə xəstəxanasının baş həkimi Aygün Quliyeva, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Ərkivan qəsəbə Ağsaqqallar Şurasının sədri Şərafət Əzimov “ Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev in uğurlu siyasəti”, “Radikalizmlə mübarizə”, “Gənclər və yeniyetmələrin asudə vaxtının təşkili”, “Qadınların cəmiyyətdə rolu və erkən nikahla mübarizə”, “Məktəblərdə maarifləndirmə işinin əhəmiyyəti”, “Vətənpərvərlik” mövzularında mühazirələr oxumuşlar.
Tədbiri RİH başçısının müavini Aybəniz Qafarova yekunlaşdırmışdır.