Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 22 iyul-Milli Mətbuat Günü qeyd olundu

21 iyul 2017 | 16:00

Milli Mətbuat günü münasibəti ilə iyulun 21-də Masallı Bayraq Meydanında rayonda ənənəvi hal almış respublikanın qabaqcıl və tanınmış kütləvi informasiya vasitələri nümayəndələriylə görüş keçirildi.

Tədbirdən  əvvəl media nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər gül dəstələri düzdülər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı yurnalistləri 22 iyul – Milli Mətbuat günü münasibəti ilə RİH başçısı cənab Rafil İsrafil oğlu Hüseynov və öz adından təbrik etdi. Qeyd etdi ki, Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaratmış və şanlı jurnalistlər nəsli yetişdirmişdir. Bu gün hamımızın bayramıdır.
Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatların əvəzsiz olmuşdur. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirmiş, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir. Çox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün inşa edilmiş yaşayış binaları bunun bariz nümunəsidir. Təbii ki, ölkəmiz, Bakı dəyişir və Masallı da dəyişir. Bundan da gözəl olacaq. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarıq.
N.Muxtarlı Masallının ümumi inkişafından danışaraq qeyd etmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyev Masallıda olmuş, “Asan həyat” kompleksi, Tarix-Diyarşünaslııq Muzeyi, uşaq-incənət məktəbi, Bayraq Meydanı, Dövlət Rəmzləri Muzeyi, içməli su sisteminin açılışına xeyir-dua vermişdir. Bu gün Masallıda Sənaye Məhəlləsinin, Viləşin ikinci növbəsinin və turizm şəhərciyinin salınması layihələrinion həyata keçirilməsi, torpaqlardan səmərəli istifadə edilməsi, minlərlə iş yerinin açılması, insanların məşğulluğunun təminatı deməkdir.
Tədfbirdə  Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı başlanacaq və görüləcək işləri göz önünə gətirtdi, bir saatdan çox nitq etdi, qonaq jurnalistlər qiyabi olaraq Masallıya "səyahət etdilər".
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev bütün mətbuat nümayəndələrini 22 iyul – Milli Mətbuat günü münasibəti ilə təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı, ölkə rəhbəri cənab İlham Əliyevin dünənki geniş nitqindəki "Jurnalistlər mənim köməkçilərimsir" sözlərini xatırlatdı.
Mətbuat işçiləri adından çıxış edən "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, AZƏRTAC-ın Cənub üzrə xüsusi müxbiri Bağır Əliyev, “Azərbaycan” qəzetinin bölgə müxbiri Seyran Cavadov, Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan "Yeni həyat" qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov, jurnalist Pərvanə Əliyeva, “Cənub xəbərləri” qəzetinin redaktoru Zahir Əmənov, LDU-nun mətbuat nümayəndəsi Esmira İsmayılova və başqaları dövlətimizin başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdi.
Çıxış edən jurnalistlər “Yeni həyat”ın kollektivini-qəıləm yoldaşlarını mətbu orqanının 85 illiyio münasibətilə təbrik etmişlər.
Süfrə arxasında yurnalistlər yaradıcılıq planlarından danışmışlar.
Sonda mətbuat nümayəndələrinə mükafatlar verildi.

Keçidlər