Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “02 iyul – Polis günü” qeyd edildi

01 iyul 2017 | 16:00

01 iyul 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan polisinin peşə bayramı təntənə ilə qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonun polis işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Azərbaycan polisinin keçdiyi çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan ətraflı söhbət açan natiq 2 iyul - polis işçilərinin peşə bayramının 1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə təsis edildiyini, həmçinin Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin ictimai asayişin qorunmasında göstərdiyi xidmətləri diqqətə çatdırıb.
Tədbirdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanovun məruzəsi dinlənilib.
Sonra çıxış edən rayon məhkəməsinin sədri Hilal Xəlilov, polis veteranı, istefada olan polis polkovnik-leytenantı Tofiq Şahmarov və başqaları qeyd ediblər ki, Azərbaycan polisinin keçdiyi tarixi yol bugünkü nəsil üçün örnəkdir. Xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında polisin xidmətləri danılmazdır.
Bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra polis əməkdaşları torpaqlarımızın ərazi bütövlüyünün müdafiə olunmasında misilsiz rəşadət və şücaətlər göstəriblər.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, polis orqanlarında da köklü islahatlar həyata keçirilib. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Tədbirin sonunda polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup əməkdaşına fəxri fərmanlar və hədiyyələr verilib.

Keçidlər