Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin tanınmış cərrahları Masallıda

18 iyun 2017 | 16:00

18 iyun 2017-ci il tarixdə Masallı şəhər “Asan həyat” kompleksində Türkiyənin tanınmış beyin və sinir cərrahı Dr. Özcan Çiklatekerlio və şəkərli dibaet cərrahı Doktor Helik Unalp müayinələr aparırlar.
Doktor Helik Unalp şəkərli diabet xəstəliyi ilə əlaqədar tövsiyələr vermişdir. Dr. Özcan Çiklatekerlio isə bel və boyun yırtıq ağrılarının radyofrekans üsulu ilə müalicəsi barədə müayinə etmiş, məsləhətlər vermişdir.
Müayinə olunan Mişkəmi kənd sakini Nailə Xansuvarova, Həsənlidən Samirə Əliyeva, Masallı Dövlət Regional Kollecinin tələbəsi Elvin Azəroğlu, Kosaküldən Röyalə Əsgərova, Böyük Xocavardan Samirə Murtuzayeva, “ASAN həyat” kompleksindən Tərlan Rzazadə, Eminlidən Adəm Əhmədov və başqaları müayinədən keçmiş, məsləhətlər almışlar.
Xəstələrdən Qardaşxan və Şahsənəm Talıbovlar onlara göstərilən tibbi xidmətdən razılıqlarını bildirmişlər.

Keçidlər