Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA TURİZM MÖVSÜMÜNÜN AÇILIŞINA STARAT VERİLDİ

21 may 2013 | 15:00

20 may 2013-cü il tarixdə Masallıda “Nağıl dünyası” İstirahət Mərkəzində turizm sərgisi təşkil olunub.

Sərgidə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, millət vəkili Nəriman Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə rəhbərləri və sadə masallı sakinləri iştirak ediblər. Sərgiyə gələn qonaqlar əvvəlcə turizm obyektlərinin təşkil etdiyi sərgiyə baxış keçirərək təqdim etdikləri təamlardan dadıblar və istirahət mərkəzələrinin xidmətlərini nəzərdən keçiriblər.

Eyni zamanda sərgidə rayonun el sənətkarlarının əl işləri, müxtəlif eksponatlar təqdim olunub.

Sərgini Masallı rayon Mədəniyyət və Turizm idarəsinin müdiri Lətifə Mövsümova açaraq tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, hazırda Masallıda 28 turzm obyekti fəaliyyət göstərir. Bu turizm obyektlərində bir gün ərzində 1200 turistin istirahəti üçün hər bir şərait yaradılıb.

Masallıya gələn turistlərə 3 istiqamətdə marşurutlar üzrə xidmətlər təklif olunur. Bura əsasən, rayonun təbiəti, gəzməli-görməli yerləri, zəngin flora və faunası və tarixi abidələri daxildir.

Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov mövsümün açılışı münasibətilə rayon sakinlərini təbrik edib, istirahət mərkəzlərinin sahiblərinə isə mövsüm boyu bol müştəri arzulayıb. O deyib ki, dövlət səviyyəsində turizmə və bu sahədə çalışan sahibkarlara dəstək olunur. Lakin turizm obyektlərində hələdə çatışmayan məqamlar qalır. Müştərilərin ən çox narazı qaldıqları məqam xidmət səviyyəsinin aşağı olmasıdır. Sahibkarlar əsasən bu istiqamətdə çalışmalı və gələn qonaqlara yüksək xidmət göstərməklə onları rayona cəlb etməlidirlər.

Turizm obyektlərinin rəhbərləri çıxış edərək, sərginin təşkilini yüksək qiymətləndirib və fəaliyyətləri üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 Turizm mövsümünün açılışı və sərgi, yerli incəsənət xadimlərinin ifaları və musiqi proqramı ilə davam edib.

 

Keçidlər