Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Tibb işçilərinin peşə bayramı qeyd olunub

16 iyun 2017 | 16:00

16 iyun 2017-ci il tarixdə Masallı şəhər Asan həyat kompleksində tibb işçilərinin peşə bayramı qeyd olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə Mərkəzi rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov açmışdir. Tədbirdə çıxış edən Masallı rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova Ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən söhbət açaraq, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, peşə bayramı münasibətilə rayonun səhiyyə işçilərini təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq rayon mərkəzi xəstəxananın əsaslı təmir edildiyini deyən baş həkim artıq xəstələrin Rusiya, Türkjiyə, İran və başqa ölkələrə deyil, rayonda fəaliyyət göstərən xəstəxanalarda müalicə olunduğunu bildirib.
Əhali arasında tibbi maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini söyləyən həmkarlar təşkilatının sədri Nazir Ruhullayev və başqaları cənab Prezident İlham Əliyevin tapşırığına əsasən hər il ölkə əhalisinin tibbi müayinələrə cəlb olunmasını dövlətimizin başçısının insanların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Tədbirdə çıxış edənlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.

Keçidlər