Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Milli Qurtuluş Günü qeyd edildi

15 iyun 2017 | 16:00

Tədbiri giriş nitqi ilə açan Masallı RİH başçısı cənab Rafil Hüseynov iştirakçıları bayram münasibətilə təbrik edərək Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd göstərdi. Rayon rəhbəri bildirdi ki, bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Məhz dünya şöhrətli siyasətçi Heydər Əliyev in qətiyyətli siyasi kursu, neft strategiyası, bütün sahələrdə həyata keçirdiyi davamlı islahatlar tezliklə ölkəmizi dünyanın aparıcı dövlətlərindən birinə çevirdi. Bu gün regionun söz sahibi dövlətinə çevrilməyimizin əsas qayəsi məhz müdrik zəka sahibi Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir.
Masallı Rayon İcra Hakimiyyəti Başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı məruzəsində bildirdi ki, 24 il əvvəl xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Onun yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır, mötəbər tədbirlərə ev sahibliyi edir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
Tədbirdə çıxış edən "Masallı Zialıları" İctimai Birliyinin sədri Qardaş Fətullayev, veteran müəllim Bağır Bağırov, "Dəfinə" məktəb-liseyinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Mürvət Abasov, RİHB-nın Türkoba kənd ərazi dairəsi üzrə nümayəndəsi Leyla Əzizova, Masallı Rayon Veteranlar Təşkilatının sədri Məmmədaqa Şiriyev o dövrün tarixi hadisələrindən, Azərbaycanın bu gün əldə etdiyi nailiyyətlərdən danışdılar. Natiqlər tarixi faktlara söykənərək qeyd etdilər ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük əhəmiyyəti olan neft müqavilələrinin təməli qoyuldu.
Masallı RİH başçısı cənab R. Hüseynov yekun nitqi ilə tədbiri yekunlaşdırdı.
Bayram tədbiri axşam saatlarında Heydər Əliyev Parkında rayonumuzun tanınmış incəsənət ustalarının, özfəaliyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə davam etdi.

Keçidlər