Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Ülkər Piriyeva “Fikir qayıqları” adlı ilk kitabını təqdim etdi

08 iyun 2017 | 16:00

08 iyun 2017-ci il tarixdə Masallı rayon Gənclər Mərkəzində Bədii qiraətçi-şair Ülkər Piriyevanın məsləhətçisi görkəmli şair Vahid Əziz, redaktoru professor Elçin İsgəndərzadəni olduğu “Vektor Beynəlxalq Nəşrlər Evi”nin dərc etdiyi “Fikir qayıqları” adlı şeirlər kitabının və eyniadlı ikinci CD albomunun təqdimatı oldu.
Təqdimat böyük anşlaqla qarşılandı. “Fikir qayıqları” ilə söz ümmanına səyahətə çıxan oxucular Ülkərin istər məhəbbət, istər dostluq, istərsə də vətənpərvərlik haqqında duyğuları ilə dolu olan şeirləri ilə kitabında yaxından tanış olub, öz qiraəti ilə səsləndirilmiş şeirlərinin slaydlarını izlədilər.
Tədbiri Dəfinə liseyindən əməkdar müəllim Əhməd Məmmədov açdı. Tədbirdə Masallı rayon ziyalıları, şair və yazarları Ülkər Piriyevanın Şərəfə kənd Q.İsmayılov adına məktəbdən və təhsil aldığı Dəfinə liseyindən rəhbər- müəllim heyəti, sinif yoldaşları qrup yoldaşları və rayon ictimaiyyəti iştirak edirdi.
Tədbirdə Dəfinə liseyinin müəllimləri Əbülfət müəllim, Firdovsi müəllim, Məmməd müəllim, məzunları Faiq Seyfullayev, Səməd Bağırov, Şahmar Abbasov və Qəhrəman Piriyev, Şəfa Nur və başqaları çıxış edərək ona istər ədəbiyyatda, istərsə də ictimai sektorda uğurlar arzuladılar.
Qeyd edək ki, kitabda və CD albomda “Bu aprel ayında”, “Xocalım”. “Qürurum mənim”, “Vivaldi” və başqa şeirlər yer alıb.
Sonda isə Ülkər Piriyeva Cənab Prezident İlham Əliyev və xanımı Vitse-Prezident Mehriban Əliyevaya gənclər üçün yaratdıqları şəraitə görə öz dərin təşəkkürlərini bildirdi və hər kəsi “Bu Vətən kök Salıb Ürəyimizdə” şeirini dinləməyə dəvət etdi.

Keçidlər