Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans

21 may 2013 | 15:00

20 may  2013-cü il tarixdə Masallı rayon Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət etmiş abidə önünə təzə gül dəstələri düzmüşlər.

 Tədbiri giriş sözü ilə açan Gənclər və İdman nazirliyinin  Vətənpərvərlik və Vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov çıxış edərək bildirdi ki, “Heydər Əliyev və Azərbaycançılıq” mövzusuna həsr olunan tədbirlərin keçirilməsi son dərəcə aktual və əhəmiyyətlidir. Konfransda böyük öndərimizin milli dövlətçilik məfkurəsində önəmli yer tutan Azərbaycançılıq konsepsiyasının mahiyyəti və müasir dövlət quruculuğu prosessində  bu konsepsiyanın həyata keçirilməsi sahəsində görülən işlər barədə geniş söhbət aparılacağına əminəm.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək Azərbaycançılıq – Vətənçılık anlayışının siyasi-mənəvi həyatımızda gerçəkləşməsi Azərbaycan dövlətçiliyinin bu gününü və gələcək uğurlarını şərtləndiriən siyasi zəruri olduğunu diqqətə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin daxili və xarici siyasətində ulu öndərimizin yolunu uğurla davam etdirməsi milli idealogiya və milli siyasətdə dövlətçiliyin təməl prinsipinə sadiqliyi, Azərbaycançılıq ,Vətənçilik idealarının cəmiyyətdə bərqərar olunması üçün atdığı real addımlar həyata keçirdiyi siyasi xətt məhz bu zərurətdən qaynaqlandığını bildirdi.

  Sonra tədbirdə Masallı rayon İcra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı çıxış etmişdir. O bildirmişdir ki, Ölkəmizin əvəzsiz füsünkar təbiəti, ən başlıcası isə saf,məğrur insanları bizim milli sərvətimizdir.Əsrlər boyu azərbaycanlılarla nəhəng və mehriban bir ailədə xalqların nümayəndələri tamhüquqlu Azərbaycan vətəndaşı kimi qardaşcasına yaşamış, eyni taleyi sevinci və eyni kədəri paylaşmışlar.Biz hamımız Azərbaycan adlı müqəddəs bir ocağa tapınmışıq və ulu öndərin dediyi kimi azərbaycanlı adını daşımaqdan qürur duymalı,bu böyük adın şərəfinə layiq olmalıylq.

      Daha sonra Masallı rayon Dəmirçi kənd  orta məktəbinin direktoru Aytən Şükürova,Ərkivan 5 saylı qəsəbə orta məktəbinin direktoru Üzeyir Sadıqov, Qəriblər kənd tam orta məktəbinin müəllimi Kənan Haşımov və başqaları mövzu ətrafında çıxışlar etdilər. Sonra gənclərin sualları Nazirliyin əməkdaşı Əli Məmmədov tərəfindən cavablandırıldı.

Keçidlər