Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Eminli kəndi: İdeoloji işin və uğurlu siyasətin təbliği

11 avqust 2017 | 16:00

Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar tədbirlər davam edir. 11 avqust 2017-ci il tarixdə mühazirəçilər qrupunun növbəti görüşü Eminli kəndində keçirilmişdir. Kənd məktəbinin həyətində ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Aybəniz Qafarova açıq elan etmiş, mövzu barədə açıqlama vermişdir.

MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev,  Dini Qurumlarla üzrə Dövlət Komitəsi rayon şöbəsinin baş məsləhətçisi Kamil Bağırov,  rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov, “ Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti”, "  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qax rayonunda keçirilmiş respublika müşavirəsi barədə",  “Radikalizm və ekstemizm", "2016-2017-ci ilin buraxılış imtahanlarının nəticələri" mövzularında mühazirələr oxumuşlar.
Tədbiri RİH başçısının müavini Aybəniz Qafarova yekunlaşdırmışdır.

Keçidlər