Masallıda ənənəvi iməcilik keçirilib
12 avqust 2017-ci il tarixdə Bakı-Astara yolunun Masallı rayonu ərazisində ənənəvi iməcilik keçirilib.
Masallı rayonun 500-ə yaxın idarə-müəssisə və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə 40 hektar sahədə abadlıq işləri aparılaraq yaşıllıqlara qulluq göstərilib, ərazi alaq otlarından və məişət tullantılardan təmizlənib.
İdarə və müəssisələr, ərazi nümayəndəlikləri, bələdiyyələr, pedaqoji kollektivlər öhdələrindəki sahələrdə vaxtında səliqə-sahman yaratmasına səy göctəriblər.
Kəndlərdə və mərkəzi yolların ətrafında iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb. Dövlət qulluğu nümayəndələri ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər də həyata keçirirlər. İməciliklərin və tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaq, eyni zamanda, bu işə digər qurumları və əhalini də cəlb etməkdir.
Ümumrayon iməciliyində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparatının əməkdaşları iştirak edib, həyata keçiriliən səliqə-sahmana nəzarət edib, tövsiyə və göstərişlərini verib, texniki vasitələrin işə cəlb edilməsinə kömək göstərib.