Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Xırmandalı kəndi: İdeoloji işin və uğurlu siyasətin təbliği

17 avqust 2017 | 16:00

Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar tədbirlər davam edir. 17 avqust 2017-ci il tarixdə mühazirəçilər qrupunun növbəti görüşü Xırmandalı kəndində keçirilmişdir. Kənd tam orta məktəbində ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Aybəniz Qafarova açıq elan etmiş, mövzu barədə açıqlama vermişdir.

MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev “ Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti”, Masallı Rayon Ağsaqqalar Şurasının sədri Ələşrəf Niftiyev " Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qax rayonunda keçirilmiş respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələr barədə " , Masallı Rayon Tarıx-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva "Azərbaycanda qadın siyasəti",   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Kamil Bağırov “İslam həmrəyliyi radikalizmə yox deyir" mövzularınd a mühazirələr oxumuşlar.
Kənd sakini, veteran müəllim Aydın Babayev cənab İlham Əliyevin daxili və xarici siyasətinin bəyəndiyini bildirib ölkədə gedən quruculuq işlərini təqdir etdi.
Tədbiri RİH başçısının müavini Aybəniz Qafarova yekunlaşdırmışdır.

Keçidlər