Şriftin ölçüsü :

Saytın rəngi :

Maarifləndirmə tədbirləri davam etdirilir

19 avqust 2017 | 16:00

Avqustun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Köçəkli kənd məscidi dini icması tərəfindən “Dinimiz və mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlər gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Köçəkli kənd bələdiyyəsinin sədri Mirqalib Hüseynov, dini icmanın sədri Əfrahil Xəlilov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov deyib ki, dinimiz mənəvi dəyərlərimizin tərkib hissəsi olaraq öz saflığını qorumaqla yanaşı, bütün zərərli vərdişlərə, terrora, ekstremizmə qarşı olub. O qeyd edib ki, hazırda milli-mənəvi dəyərlərimizin qorunmasında və gələcək nəslə çatdırılmasında gənclərimizin üzərinə mühüm vəzifə düşür.
Kənd bələdiyyəsinin sədri Mirqalib Hüseynov ölkəmizin islami dəyərlərə verdiyi yüksək qiymətdən söhbət açaraq bildirib ki, bu gün müsəlman ölkələrində baş verən silahlı münaqişələr İslam dininə qarşı təhlükədir və bizim dindar gənclik belə münaqişələrdə iştirak etməməlidir. Onlar milli-mənəvi dəyərlərimizin keşiyində durmaqdan ötrü daha ayıq-sayıq olmalıdırlar.
Dini icma sədri Əfrahil Xəlilov və başqaları mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda iştirakçılara Dövlət Komitəsi tərəfindən çap olunmuş dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Keçidlər