Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonun Köhnə Alvadı kəndində seminar

21 avqust 2017 | 16:00

21 avqust 2017-ci il tarixində Masallı Rayon İcra Hakimiyyəti bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi məqsədilə Masallı rayonun Köhnə Alvadı kəndində görülmüş işlərlə əlaqədar seminar keçirmişdir. Tədbirə  rayonun bütün bələdiyyə sədrləri, ərazi nümayəndələri , idarə və müəssisə rəhbərləri, KİV nümayəndələri qatılmışdı.

Seminar-müşavirədən əvvəl iştirakçılar kəndin küşələrini, mədəni-məişət obyektlərini, yeni yaradılmış parkı gəzmiş, bələdiyyənin fəaliyyəti ilə tanış olmuşlar.
Seminar-müşavirə kənddə yaradılmış park-bulvarda keçirilmişdir. Taəbiri açan Köhnə Alvadı bələdiyyəsinin sədri Vaqif Məmmədov kənddə görülmüş işlər barədə çıxış etmişdir. O, son 3-4 ildə bələdiyyənin kəndin abadlıq-quruculuq  işlərindəki iştirakından danışmış, qarşıdakı vəzifələr barədə proqnoz vermişdir. Məlum olmuşdur ki, 791 hektar əraziyə, 4220 nəfər əhaliyə malik Köhnə Alvadı kəndində bələdiyyə, ərazi nümayəndəsi və imkanlı insanların təşəbbüsü ilə xeyli abadlıq işi görülmüşdür. Səliqə-sahman işlərindən ötrü bir yük maşını, 300 dəmir çəllək alınmışdır. Toplanmış vəsaitlə çayın 7 kilometrlik məsafəsi dərinləşdirilmiş, 8,5 kilometr  yol əsaslı təmir edilmiş, 4 kilometr yola asfalt çəıkilmiş,  xeyli ağac əkilmiş, gölün sahilində park-bulvar salınmış, burada sakinlərin və uşaqların əylənməsi üçün şərait yaradılmışdır. Şəhid ailələrinə və imkansızlara yardım göstərilmişdir.
Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Loğman Şahbazov, Köhnə Alvadı kənd sakini, şair Qəhrəman Tovuzlu, Tüklə, Banbaşı, Səmidxan kənd bələdiyyələrinin sədrləri Eyvaz İmaməliyev, Böyükxan Rəhimov, Şaban Mehdiyev, Masallı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Hikmət Xəlilov, kənd ağsaqqallı Əli Əlişov, Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə İsrail Tağıyev çıxış edərək Köhnə Alvadı  bələdiyyəsinin işini təqdir etmiş, qarşıda duran vəzifələrdən danışmışlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxışında  bələdiyyə sədri Vaqif Məmmədovun təşəbbüskarlığını, işgüzarlığını, həyata keçirdiyi tədbirləri təqdir edib hamıya nümunə göstərmişdir.
Lənkəran  Regional Ədliyyə İdarəsinin rəisi  vəzifəsini icra edən Çingiz Cavadov  seminar-müşavirədə   iştirak və çıxış etmişdir.

Keçidlər