Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Kolatan kəndində seminar

22 avqust 2017 | 16:00

22 avqust  2017-ci il  tarixində Masallı Rayon İcra Hakimiyyəti bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi məqsədilə  Masallı rayonun  Kolatan kəndində görülmüş işlərlə  əlaqədar  seminar keçirmişdir. Kolatan kənd orta məktəbinin həyətində keçirilən tədbirə  rayonun bütün bələdiyyə sədrləri, ərazi nümayəndələri, idarə və müəssisə rəhbərləri, yerli və respublika KİV-nin nümayəndələri qatılmışdı.
Seminar-müşavirədən əvvəl  iştirakçılar kəndin küşələrini, mədəni- məişət obyektlərini, yeni yaradılmış məktəb və bağça , bələdiyyənin fəaliyyəti ilə tanış  olmuşlar.
Tədbiri açan Masallı rayon Kolatan bələdiyyəsinin sədri Elçin Sadıqov kənddə görülmüş işlər barədə çıxış etmişdir. O, son 3-4 ildə bələdiyyənin kəndin  abadlıq-quruculuq   işlərindəki iştirakından danışmış, qarşıdakı vəzifələr barədə proqnoz vermişdir. Məlum  olmuşdur ki, Kolatanda ərazi nümayəndəsi və imkanlı insanların təşəbbüsü ilə xeyli abadlıq işi görülmüşdür. 12kilometr yol işiqlandırılmışdır. Kolatanın yaşıllaşmasından ötrü beş yüz ədəd çinar ağacı əkilmişdir. Kəndə və kəndara yollara asfalt yol çəkilmiş, çınqıl döşənmişdir.
Qeyd edək ki, Kolatanın əhalisi 5255 nəfər, ərazisi 1250 hektaraq yaxındır. Kənd adamları bu xeyirxah işdə əli olan kənd sakinlərinə, imkanlı adamlara və kənarda yaşayan həmkəndlilərinə təşəkkür edirlər.
Bu günlərdə kənddə tilkilən yeni uşaq bağçasının açılışı olacaqdır.
Kənddə xeyirxah işlər anbaan davam edir. Kolatanlılar kəndin abadlığına və təzə görkəminə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏLİYEVƏ minnətdarlıq edirlər.
Qodman kənd bələdiyyəsinin sədri Sirus Səfərov, Gəyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Afərin Şükürov, Şərəfə kənd bələdiyyəsinin sədri Əliməmməd Ziyadov, Kolatan sakini Adil Məmmədov, Qizilağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədov, Xıl kənd bələdiyyəsinin sədri Şahruz Məmmədov, Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Qumriyyə Cəfərova, Köhnə Alvadı kənd bələdiyyəsinin baş mühasibi Məmmədəli Əlinağıyev çıxış edərək Kolatan bələdiyyəsinin işini təqdir etmiş, qarşıda duran vəzifələrdən danışmışlar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov çıxışında bələdiyyə sədri Elçin Sadıqovun təşəbbüskarlığını, işgüzarlığını, həyata keçirdiyi tədbirləri təqdir edib hamıya nümunə göstərmişdir.
Lənkəran  Regional Ədliyyə İdarəsinin rəisi  vəzifəsini icra edən Çingiz Cavadov seminar-müşavirədə iştirak və çıxış etmişdir.

Keçidlər