Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA 28 MAY – RESPUBLİKA GÜNÜ QEYD EDİLDİ

29 may 2013 | 15:00

28 may 2013-cü il tarixdə Masallı rayonunda 28 may-Respublika günü qeyd olundu.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.

            Sonra Respublika gününə həsr edilmiş ümumrayon tədbiri rayonun Bayraq meydanında açıq elan edilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları əməkdaşları, idarə, müəssisə rəhbərləri, ağsaqqallar, rayonun tanınmış ziyalıları və minlərcə rayon sakini iştirak etmişdir. Mərasimdə 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın Azərbaycanda yaradılmasını ölkəmizin dövlətçiliyi tarixində mühüm mərhələ olduğunu vurğulanmışdır. Qeyd olunmuşdur ki, fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində gördüyü işlərdən danışılmışdır. Qeyd olunmuşdur ki, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra da xalqımızın azadlıq uğrunda mübarizəsi davam etmiş, 70 ildən sonra ölkəmiz öz dövlət müstəqilliyinə yenidən qovuşmuşdur. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə müstəqilliyimiz əbədi, sarsılmaz və dönməz xarakter almışdır.

            Həmçinin xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı şərəfli mübarizə yolundan, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə qazanılmış dövlətçilik təcrübəsindən söhbət açılmışdır. Ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun artması Ulu Öndərimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi qiymətləndirilmişdir.

            Sonra Masallı rayon Mədəniyyət və turizm şöbəsinin özfəaliyyət kollektivi və rayonun tanınmış musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir.

            Sonda tədbir iştirakçıları şəhər sakinlərinin və eləcədə uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün yaradılmış istirahət və əyləncə yerlərinin açılışında iştirak etmişlər.

Keçidlər