Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tələbə adını qazanmış məzunlarla görüş

30 avqust 2017 | 16:00

30 avqust 2017-ci il tarixdə Masallı şəhəri "Asan həyat" kompleksinin kafesində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir.

Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov  görüşdə tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynləri təbrik edib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda müasir təhsil sistemi yaradılıb və hazırda bu sahə yeni inkişaf mərhələsini yaşayır. Diqqətə çatdırılıb ki, bu siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsil işçiləri üçün hər cür şərait yaradılır. Həyata keçirilən təhsil islahatının uğurla başa çatdırılmasında Masallı rayonunun pedaqoji kollektivi də yaxından iştirak edir.
Cənab R.Hüseynov gənclərə biliklərə dərindən yiyələnməyi, dövlətçiliyə, Vətənə sadiq vətəndaş olmağı tövsiyə edib.
Bu il rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan ali məktəblərə qəbul olunduğunu vurğulayan natiq onlardan 60 nəfərə yaxının daha yuxarı bal topladığını diqqətə çatdırmışdır. Rayon rəhbəri ali məktəblərə qəbul imtahanları zamanı daxil olan məzunların arasında qızların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Onlar 90 nəfərə yaxındır. O cümlədən Masallı qəsəbə kənd tam orta məktəbinin məzunu Aysun Novruz qızı İltifatlı 695 bal toplayaraq Azərbaycan Dövlət Tibb univerditetinə qəbul olunmuşdur.
Görüşdə çıxış edən Masallı rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov bu il ali məktəblərə daxil olan məzunlar və onların təhsil alacağı ali təhsil müəssisələri barədə məlumat verib.
Tədbirdə 1nömrəli məktəbdən çıxış edən Azərbaycanın Əməkdar müəllimi Mirqabil Hüseynov dedi ki, məktəbimiz tələbə adını qazananlar arasında birincidir. Tanınmış pedaqoq ölkə rəhbəri cənab İlham Əlievə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq sözləri ünvanladı.
Toplantıda çıxış edən və a li məktəblərə yüksək balla qəbul olan tələbələr onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər. Onlar Masallı  rayonunun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildirmişlər.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara Masallı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları, qiymətli hədiyyələr,  Ərkivan qəsəbəsində açılan yeni “Grand” marketdən kitab hədiyyələri təqdim edilmişdir.
Tələbə adını qazanmış məzunlarla görüş Masallı Regional Mədəniyyət və Turizm idarəsinin Masallı mədəniyyət şöbəsinin incəsənət ustalarının ifasında mahnı və rəqslərlə başa çatmışdır.

Keçidlər