Masallı rayon Şərəfə kəndi: İdeoloji işin və uğurlu siyasətin təbliği
Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar tədbirlər davam edir. 31 avqust 2017-ci il tarixdə mühazirəçilər qrupunun növbəti görüşü Şərəfə kəndində, "Kəndimiz" şadlıq sarayında keçirilmişdir. İctimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açıq elan etmiş, mövzu barədə açıqlama vermişdir.
MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti”, "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev " Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qax rayonunda keçirilmiş respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələr barədə", rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov "Şərəfə məktəbinin 9-cu və 11-ci siniflərində buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələri", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallı bölgəsi üzrə şöbənin əməkdaşı Kamil Bağırov “Radikalizm və ekstemizm"mövzularında mühazirələr oxumuşlar.
Sahibkar Valeh Seyfullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin bəyəndiklərini bildirib ölkədə gedən quruculuq işlərini təqdir etdi.
Tədbiri RİH başçısının müavini Aybəniz Qafarova yekunlaşdırmışdır.